"Medcezir"in ulduzları yeni serialda - foto

"Medcezir"in ulduzları yeni serialda - foto
11313 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Hazar Ergüçlünün və aktyor Metin Akdülger yeni serialda çəkiləcəklər.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, yeni mövsümdə Kanal D-də yayımlanacaq "Ay Yapım"ın yeni layihəsinin rejissoru və ssenari müəllifi məlum olub.

"Anneler Analar" adlı serialını Berkun Oya yazacaq, rejissor isə Mehmet Ada olacaq.

Bir müddət əvvəl Hazar Ergüclü və Metin Akdülgerin "Ay Yapım"ın istehsalı olan, Berkun Oyanın yazdığı serialda oynayacağı xəbəri yayılmışdı. Əgər B.Oya bu serialdan başqa layihədə iştirak etməzsə, iki sənətçi "Anneler Analar"da yenidən bir arada olacaqlar.

Qeyd edək ki, H.Ergüçlü və M.Akdülger "Medcezir" serialında iştirak etmişdilər.