Elza ilə Ülvira dalaşdı: "Çaşma"

Elza ilə Ülvira dalaşdı:  "Çaşma"
10097 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahanla aparıcı Ülvira Qarayeva arasında qalmaqal yaşanıb.
 
Axşam.az-ın məlumatına görə, “Evdəyik” verilişinin qonağı olan müğənni aparıcının ona “Maraqlı insan” deyə, müraciət etməsinə əsəbiləşib.

Aqressiv reaksiya verən E.Seyidcahan Ü.Qarayevaya bunları deyib:

“Veriliş başlayan kimi xətrimə dəydin. Verilişdən gedərdim, amma telekanala hörmətim var. Mən maraqlı adam deyiləm. Nə qədər aparıcılarımıza xəbərdarlıq etməliyik? Ağıllı xanımsan, səni öyrətməyəcəm ki. Maraqlı insan başqadır, sənətkar başqa. Efirə gəldik, ruhumuzu öldürdünüz. Vaxtım olmayıb, bir neçə dəfə dəvət etmisiniz verilişə gəlməmişəm. Sən veriliş aparırsan, nəsə etmək istəyirsən. Yerləri səhv salırsan. Çaşma. Çaşırsan, elə bilirsən verilişinə gəlməmişəm deyə, belə edə bilərsən”.

Daha sonra E.Seyidcahan studiyanı tərk edib. 

Təəccüblənən Ü.Qarayeva əməkdar artistə hörmət etdiyini bildirib:

“Siz bizim 76 dəfə ruhumuzu öldürmüsünüz. Dəvət etmişik verilişə gəlməmisiniz. Gözümdən düşmürsünüz. Maraqlı insan dedim küsdünüz? Mənim sizə hörmətim var. Təəssüf ki, verilişi tərk etdiniz. Azərbaycanda heç kimin etmədiklərini edib. Öz saç düzümündə, xarici görünüşündə, konsertlərində yenilikləri ilə fərqlənib. Kaş ki mənə maraqlı insan deyərdilər. Elza xanım getdi, onun şərəfinə bir tuş istəyirəm”.

Ü.Qarayeva oynamağa başlayıb.