Sevgilisinə görə komandasını dəyişdi - fotolar

Sevgilisinə görə komandasını dəyişdi - fotolar
4376 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Fəxriyyə Evcən aktyor sevgilisi Burak Özçivitə görə azarkeşlik etdiyi futbol komandasını dəyişib.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, cütlük futbol matçı izləməyə gedərkən obyektivlərə tuş gəlib. “Qalatasaray”ın tərəfdarı olan Fəxriyyə “Fənərbaxça”nın formasını geyinib. Əl-ələ tutan sevgililərin formasının arxasına adlarının yazılması diqqət çəkib.

F.Evcənin “Fənərbaxça”nın formasını geyinməsi sosial şəbəkə istifadəçilərinin “Sevgilisi üçün komandasını dəyişdi” şərhinə səbəb olub.