O artıq “Hilton” deyil – fotolar

O artıq “Hilton” deyil – fotolar
3427 dəfə oxunub
  • A-
  • A
  • A+
İyulun 13-də təntənəli mərasimlə ailə quran “Hilton” otellər şəbəkəsinin varislərindən biri, müğənni Peris Hiltonun bacısı Niki Nyu-York küçələrində görüntülənib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, milyarder Ceyms Rotşildlə ailə quran Niki bal ayından qayıdıb. Ağ-mavi rənglərdən ibarət libas geyinən N.Hiltonun bahalı nişan üzüyü uzaqdan belə, diqqət çəkib.

Qeyd edək ki, Niki ilə Ceyms bal ayını Seyşel adalarında keçiriblər. Niki artıq İnstaqram səhifəsində soyadını “Rotşild” olaraq dəyişib.