Müğənninin bacısı psixiatriya xəstəxanasındadır - foto

Müğənninin bacısı psixiatriya xəstəxanasındadır - foto
2626 dəfə oxunub
  • A-
  • A
  • A+

Pop diva Meray Kerinin böyük bacısı Elison Keri psixiatriya xəstəxanasında müalicə alır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 54 yaşlı Elison narkomaniya və QİÇS-dən də əziyyət çəkir. O, mediaya xəstəxanaya necə düşdüyünü xatırlamadığını deyərək bacısından kömək istəyib:

"Məni döyüb başımdan vurdular, sonra isə xəstəxanada ayıldım. Artıq üç aydır burada məcburi saxlanılıram, Meray isə mənə kömək üçün heç nə etmir. Fiziki güc tətbiq edərək mənə dərman verirlər. Xahiş edirəm, bacıma deyin ki, məni burdan çıxarsın".

M.Keri isə hələ ki susur və bacısı haqda heç bir şey demir. Qohumları  Elisonun bacısı ilə əlaqə saxlamasına mane olurlar, o isə hər dəfə kiçik bacısının diqqətini çəkməyə çalışır.