Selfi çəkərkən ehtiyatlı olun!

Selfi çəkərkən ehtiyatlı olun!
3656 dəfə oxunub
  • A-
  • A
  • A+

Selfi üçün çubuqlardan istifadə edən turistlər tez-tez oğruların qurbanı olurlar: cinayətkarlar ya smartfonu monopoddan qoparıb, ya da bütövlüklə bütün konstruksiyanı fikri dağılmış səyahətçinin əlindən alıb qaçırlar.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, bir neçə britaniyalı turist bu yolla öz qacetlərindən məhrum olublar. Həm də onlar zərərə görə sığorta ödənişini də ala bilməyəcəklər, çünki sığortaçıların fikrincə, baş vermiş hadisədə zərərçəkmişlərin özləri təqsirkardır: onlar öz əmlaklarını qorumaq üçün lazımi sayıqlıq nümayiş etdirməyiblər.

Mütəxəssislər biləyə taxılan, ucunda ilgək olan monopoddan istifadə etməyi məsləhət görürlər. Onda soyğunçunun ştativi fotoqrafın əlindən alması çətin olacaq.

Səyahətçilər ehtiyatı əldən verməməlidirlər: qaranlıq düşəndən sonra, habelə adam çox olan və ya əksinə, kimsəsiz küçələrdə selfi üçün çubuqlardan istifadə etməməlidirlər. Yadda saxlamaq lazımdır ki, oğrular turistlərin daha çox toplaşdığı yerlərdə “işləyirlər” və çox vaxt qrup şəkildə hərəkət edirlər.