Məşhur cütlük erməni dayəyə görə boşanıb - fotolar

Məşhur cütlük erməni dayəyə görə boşanıb - fotolar
4355 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivudun nümunəvi ailələrindən sayılan Ben Afflek və Cennifer Qarnerin boşanması ilə bağlı müzakirələr bitmir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Ben Afflekin uşaqların dayəsi ilə yaxınlaşması ayrılığa əsas səbəb kimi göstərilir. 42 yaşlı aktyor boşanma qərarının ardından 28 yaşlı Kristina Ouzonianla münasibətlərini gizlətməməyə başlayıb.

İddialara görə, məşhur cütlük Beverli Hillzdə bir uşaq baxıcısı agentliyində işləyən Kristinanı üç uşaqları - Violet, Serafina və Samuelə baxması üçün işə götürüb.
 
Bundan sonra Afflek ilə dayənin aktyorun Los-Ancelesdə kirayələdiyi evdə tez-tez görüşdüyü deyilir. Kristinanın yaxın dostları onların əsl sevgi yaşadığını deyib. Bir müddət əvvəl paparassilərin hədəfinə düşən Ben və dayə iddiaları qəbul etməyiblər.

Qeyd edək ki, 10 ildir evli olan B.Afflek və C.Qarnerin boşanmasına səbəb olan Kristinanın ABŞ-da yaşayan erməni əsilli Ouzonianlar ailəsinin üzvü olduğu deyilir.