Günay moda nümayiş etdirdi, Elnur oxudu - fotolar

Günay moda nümayiş etdirdi, Elnur oxudu -  fotolar
6202 dəfə oxunub
  • A-
  • A
  • A+
Kiprdə “Jaguar Ex En Moda Fashion Show” baş tutub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, gecədə türkiyəli modelyer Elif Gedikin moda nümayişi olub. Podiuma çıxan modellər arasında qardaş ölkədə yaşayan azərbaycanlı Günay Musayeva da yer alıb. G.Musayeva qısa və transparan libası ilə diqqət çəkib.

Modelyerin yeni kolleksiyası nümayiş edildikdən sonra konsert proqramı olub. “O səs Türkiyə”nin qalibi həmyerlimiz Elnur Hüseynov səhnəyə çıxaraq, mahnılar səsləndirib.