Maykl Ceksonun məşhur əlcəyi baha qiymətə satıldı - foto

Maykl Ceksonun məşhur əlcəyi baha qiymətə satıldı -  foto
2293 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur ifaçı Maykl Ceksonun əfsanəvi əlcəyi ABŞ-da keçirilən hərracda satışa çıxarılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, mərhum ulduzun ağ, üzəri büllur və başqa dəyərli qaşlarla bəzədilən, yalnız sağ əlinə taxdığı dəri əlcəyinin ilkin qiyməti 20 min dollar olub. O, hərracda 64 min dollara satılıb.

Qeyd edək ki, Maykl Cekson müsahibələrinin birində yalnız bir əlcək taxmasının səbəbini belə açıqlamışdı:

"Niyə bir əlcək? Bu bir neçə əlcəkdən daha səviyyəlidir".

Cekson ölümündən əvvəl məşhur əlcəyini özəl rəssamı Pol Bedarduya hədiyyə etmişdi.