Qalmaqallı müğənni xeyriyyə məqsədli reklama çəkildi – fotolar

Qalmaqallı müğənni xeyriyyə məqsədli reklama çəkildi – fotolar
1691 dəfə oxunub
  • A-
  • A
  • A+
Hər zaman qalmaqallı fotoları ilə gündəmə gələn müğənni Mayli Sayrus bu dəfə xeyriyyə məqsədilə fotokamera qarşısına keçib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçı “MAC” kosmetik brendinin reklamına çəkilib. O, reklam zamanı lentə alınmış şəkillərini İnstaqram səhifəsində paylaşıb. Mayli fotolarda bu dəfə uzun saçları və parlaq dodaq boyası ilə diqqət çəkib.

Qeyd edək ki, “MAC”ın yeni kolleksiyasının satışından əldə olunan gəlir QİÇS-dən əziyyət çəkənlərə yardım edən fonda bağışlanacaq.

Mayli Sayrusun iştirakı ilə markanın əvvəlki kampaniyası ötən ilin oktyabrında baş tutmuşdu.