Ölümcül xəstəliyə yoluxan müğənnidən çimərlik fotosu

Ölümcül xəstəliyə yoluxan müğənnidən çimərlik  fotosu
8569 dəfə oxunub
  • A-
  • A
  • A+

Ölümcül "Lyme" xəstəliyinə yoluxan məşhur müğənni Avril Lavin aktiv həyat tərzinə geri qayıdıb.

Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, konsert verməyə hazırlaşan ifaçı boş vaxtında istirahət edir. Avril hovuz kənarında, çimərlik geyimində çəkdirdiyi fotosunu sosial şəbəkədə paylaşıb. İfaçının sağlam göründüyü diqqətdən qaçmayıb.

Qeyd edək ki, Lavin qatıldığı proqramlardan birində xəstəliyi haqda bunları danışıb:

"Nəfəs ala, danışa, hərəkət edə bilmirdim. Öləcəyimi fikirləşirdim. Ancaq bir neçə həkimə müayinə olunduqdan sonra diaqnoz qoyuldu. İnsanlar niyə bu qədər depressiv olduğumu soruşur".

"Lyme" xəstəliyinin 800-ə yaxın simptomu olduğu üçün diaqnoz qoyulması çətindir. Xəstəliyin 350-dən çox xəstəliklə səhv salınması nəticəsində müalicə üsulu səhv seçilə bilər. Belə ki, "Lyme" xroniki yorğunluq, epilepsiya, Alzeymet, Parkinson, diqqət çatışmazlığı, infarkt və sair simptomları özündə birləşdirir. Bu günə qədər, ABŞ-ın keçmiş prezidenti Corc Buş, aktyorlar Alek Balduin, Riçard Gir kimi məşhurlar bu xəstəlikdən əziyyət çəkiblər.