Məryəmin bəyənmədiyi serialda Cansu Dərə oynayacaq

Məryəmin bəyənmədiyi serialda Cansu Dərə oynayacaq
2246 dəfə oxunub
  • A-
  • A
  • A+
"Möhtəşəm yüz il" serialı ilə tanınan aktrisa Məryəm Üzərlinin rədd etdiyi ssenarini Cansu Dərə bəyənib.

Axşam.az-ın "acunn.com"a istinadən xəbərinə görə, ötən il "03" adlı şirkətlə razılaşan Məryəm üçün beş ssenarist hekayə yazmağa çalışıb. Sonda Dəniz Akçayın yazdığı seçilmişdi. Martda başlaması planlaşdırılan serial sentyabra saxlanılmışdı.

Yayılan xəbərə görə, Dənizin layihəsindən imtina edilib və Pınar-Kərəm Dərən cütlüyü ilə razılıq əldə olunub. "Ay Yapım"ın rəhbəri Kərəm Çatay ssenarini Cansu Dərəyə təklif edib. "Möhtəşəm yüz il" bitdikdən sonra ekrandan uzaqlaşan Cansu hekayəni bəyəndiyini və oynamaq istədiyini deyib.