"Facebook"un yaradıcısı ata olacaq - foto

"Facebook"un yaradıcısı ata olacaq - foto
3212 dəfə oxunub
  • A-
  • A
  • A+
“Facebook”un yaradıcısı Mark Zukerberq və xanımı Prisçilla Çan valideyn olacaqlar.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə milyarder sosial şəbəkədə şəkil paylaşaraq məlumat yayıb. Zukerberq “Bizim möhtəşəm xəbərimiz var! Prisçilla ilə qızımızın doğulmasını gözləyirik! Həyatımızda yeni səhifə açılır. Biz indi bu dünyanı daha da yaxşı etmək üçün çalışacağıq” yazıb.

Mark daha sonra valideyn olmaq üçün 3 dəfə şanslarının yarandığını, lakin hər dəfə problem meydana çıxdığından bunun alınmadığını bildirib.

Qeyd edək ki, Markla Prisçella 2003-cü ildə Harvard Universitetində tanış olublar. Onlar 2012-ci ildə ailə qurublar.