Qardaşı dənizdə batan Tacir: "Kömək edin, qardaşımın meyitini sulardan alaq" - video

Qardaşı dənizdə batan Tacir: "Kömək edin, qardaşımın meyitini sulardan alaq" -  video
20122 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Tacir Şahmalıoğlunun qardaşı Mahir Allahverdiyevin dənizdə batmış meyidinin axtarışıları bir azdan davam etdiriləcək.

Axşam.az xəbər verir ki, bu barədə aznews.az-a müğənninin özü məlumat verib.

Onun sözlərinə görə, axtarışlar dünən axşam saatlarına kimi davam edib. Lakin qaranlıq düşdüyündən xilasedicilər axtarışı dayandırıb:

“Hazırda hadisə yerindəyik, xilasediciləri gözləyirik. Allahdan tək istəyim qardaşımın meyitinin tapılmasıdır”.

T.Şahmalıoğlu bu işdə təcrübəsi olan hər kəsdən kömək istəyib:

“Bizə kömək edin, qardaşımın meyitini sulardan alaq”.

Qeyd edək ki, müğəninin 36 yaşlı qardaşı Mahir Allahverdiyev iyulun 31-də Novxanı çimərliyində batıb. Xilasedicilərin axtarışlarına baxmayaraq cəsədini tapmaq hələlik mümkün olmayıb.