Tanınmışların sevimli aforizmləri - sorğu

Tanınmışların sevimli aforizmləri -  sorğu
4039 dəfə oxunub
  • A-
  • A
  • A+
"Star life" verilişi müğənnilər arasında sorğu apararaq, onların bildiyi stat və aforizmləri soruşub.

Axşam.az məşhurların sevdiyi kəlamları təqdim edir:

Əməkdar artist Elza Seyidcahan - Napoleonun bir sözü var: "Mümkün deyil" sözü axmaqların lüğətində olur".

Müğənni Ayan Babakişiyeva - Çox aforizm, kitab oxuyan insanam. Bu yaxınlarda isə bir söz oxudum: "Bir insan səni qıcıqlandıracaq və təhqir edəcək söz deyərsə, ən yaxşı cavab yanından gülümsəyib keçməkdir". Bir həftədir bu sözü beynimdən çıxarmıram. 

Müğənni Samirə Allahverdi - Tez-tez aforizmlər oxuyuram və İnstaqramda paylaşıram. Mayk Taysonun bir sözü var: "Yıxılıb yenidən qalxırsansa, bu fizika yox, sənin xasiyətindir". Dəfələrlə Samira yıxılıb, istəyib ətrafındakılar onu dəstəkləsin, amma olmayıb. Həmişə özüm qalxmışam.

Müğənni Mirkamil Kamilov - Oxuduğum hər şey yadımda qalır. Beynimdə papkalar var, hər mövzunu birinə atıram.

Müğənni Çingiz Mustafayev - Ömər Xəyyamın bir sözü var: "Mənə dedilər ki, ətrafındakı düşmənlərı təmizlə, baxdım dostum yoxmuş".

Müğənni Rüfət Axundov - Yaşar Nurinin bir sözü var: "Həyat kino kimidir, ən şirin anda bitir. Bir məşhur boksçu deyib: "Mən qalxdıqca dostlar məni, endikcə mən dostlarımı tanıyıram".

Müğənni Xatun Əliyeva - Paulo Koelyonun kitabında oxumuşdum: "Sülhdə yaşamaq istəyirsənsə, müharibəyə hər an hazır olmalısan".

Müğənni Yaşar Yusub - "Hər şeyin çox olması da ziyandır".