"Utandığından başını aşağı saldı" - Zamiq

"Utandığından başını aşağı saldı" -  Zamiq
3180 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Zamiq Hüseynov həmkarlarına məsləhət verib.

Axşam.az-ın məlumatına görə, "Star life"a açıqlama verən ifaçı hər kəsi mehriban olmağa səsləyib:

"Həyatda bir dəfə yaşayırıq. Çalışaq heç kimin şəxsiyyətinə, xətrinə dəyəcək söz deməyək. İnsanları tanımaq lazımdır. Qəlbinə dəymək olmaz. Sözüm əsasəndə efir adamlarınadır. Bir dəfə yaşayırıq, elə edək ki, bir-birimizə dəstək olaq. Tədbirdə qarşılaşanda başımızı utandığımızdan aşağı salmayaq. Məndə bir dəfə belə hal yaşanıb. Bir müğənni haqqımda yalan xəbər yaymışdı. Tədbirdə məni görəndə, utandığından başını aşağı saldı". 

Sevgidən danışan Z.Hüseynov çətin aşiq olduğunu bildirib:
 
"Mahnılarımın çoxu sevgiyə aiddir. Sevgini yaşayıram, onun təsirindən mahnı yaranır. Hazırda həyatımda belə sevgi yoxdur. Aşiq olmağım çox çətindir. Həyatımda ancaq dörd-beş dəfə sevmişəm. Kimdənsə xoşum gələrsə, onu bir müddət kənardan izləyirəm".