"Hansı məktəbin qarşısında durub qız bəyənim?" - Müşfiq Şahverdiyev

"Hansı məktəbin qarşısında durub qız bəyənim?" -  Müşfiq Şahverdiyev
5623 dəfə oxunub
  • A-
  • A
  • A+
Yumorist Müşfiq Şahverdiyev hələ də evlənməməsinin səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, aktyor "Star life" verilişində bunları deyib:
 
"1983-cü ildənəm, subayam. Dünyagörüş artdıqca insan ailə saxlamağa, problemləri həll etməyə hazırlıqlı olur. Amma kapriz artır. Anam, qohumlarımız qız şəkilləri göstərirlər ki, mən seçim, evlənim. Bəyənmirəm, istəmirəm. Yaş ötür. 30 yaşdan sonra gedim hansı məktəbin, universitetin qarşısında durub qız bəyənim? Anama, atama deyim? Qismət, həyatın axışına buraxmışam. Mən sevməsəm, evlənə bilmərəm. Sadəcə qız alım, toy etdim, anama gəlin gətirdim - belə edə bilmərəm. Elə olsa, bu gün evlənərəm. 25 yaşımdan bu günə kimi sevgi yaşamamışam. Olsaydı, indi subay deyildim. Xasiyyətim pisdir, mənimlə yola getmək olmaz. Deyib-gülürəm, deyirlər bununla ailə quran xoşbəxtdir. Amma yox, əsəbləşəndə dəhşət oluram. Anamın ürəyi partlayır ki, Müşfiq, sənin üçün qız almaram. Sabah camaatın qızını gətirib, üstümə atarsan. Yaxın dostlarım Fərdanın, Elməddinin (yumorist Fərda Xudaverdiyev, Elməddin Cəfərov - red.) uşaqları böyüyüb, mən hələ evlənməmişəm".