Təyyarədən qorxan və heç vaxt xaricə getməyən müğənni

Təyyarədən qorxan və heç vaxt xaricə getməyən müğənni
2493 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Yusif Mustafayev heç vaxt xaricə getmir.

Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda "Star life" verilişində deyib. O, fobiyasından bəhs edib:

"Hava limanına gedirdim, radioda eşitdim ki, təyyarə qəzaya düşüb, adamlar ölüb. Evə gəldim, başım ağrıdı. Təcili yardım çağırdılar, qorxu keçirmişəmmiş. O gündən Azərbaycandan kənara çıxmıram. Naxçıvandan toy təklif gəldi, dedim, təyyarədən qorxuram. Məsləhət gördülər ki, avtomobilinlə get. Hara getsəm, sükan öz əlimdə olmalıdır. Qəti xarici ölkəyə getmirəm. Bir də studiyaya girəndə həyəcanlanıram. İçəri girəndə əllərim əsir. Bu bədbəxtçilikdir. Mən ancaq canlı oxumağı xoşlayıram".