Gülnarə Xəlilovanın geyimləri rusları heyran edib - fotolar

Gülnarə Xəlilovanın geyimləri rusları heyran edib -  fotolar
2970 dəfə oxunub
  • A-
  • A
  • A+

Modelyer Gülnarə Xəlilovanın kolleksiyasında yer alan milli geyimlər İrkutsk şəhərində nümayiş olunub.

Axşam.az-ın məlumatına görə, “V. Bronşteyn Qalereyası” sərgi  mərkəzində keçirilən VI Beynəlxalq “Etno Poliumu. Birlik” etnik geyim festivalının açılışında baş tutan nümayiş maraqla qarşılanıb.

G. Xəlilova bildirib ki, “Etno Poliumu. Birlik” festivalı unikal xalq, tarixi və stilizasiya edilmiş geyimlər, bəzək əşyaları yaradan, öz xalqının mədəniyyətini, tarixini və məişətini əks etdirən ustadların və yaradıcı insanların görüş yeridir:

“Festival zamanda unikal səyahət etməyə, müxtəlif millət və konfessiya nümayəndələrini birləşdirməyə, keçmişdən günümüzədək olan kolleksiyaların orijinallığına və özünəməxsusluğuna, geyim ənənələrinə və müasirliyinə, geyim və bəzək əşylarındakı avanqarda tamaşa etməyə imkan verir”.

Qeyd edək ki, G.Xəlilova  və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İncəsənət tarixi” kafedrasının müdiri, sənətşünaslıq doktoru, professor Sevil Sadıxova festivalın münsiflər heyətinin üzvü olublar.

Həmçinin, münsiflər heyətinin tərkibinə Lidiya Sokolova-Serbskaya (sədr), Yekaterina Rebeja, İqor Sarapulov, Qombo Tuqalaq, Raisa Lobatskaya və Yelena Şipilova daxil olublar.  Layihə rəhbəri Roza Xaltuyevadır.

Festivalın keçirildiyi müddətdə açıq və bağlı məkanlarda tədbirlər təşkil edilib: konfrans, seçmə turları, yaradıcılıq laboratoriyaları, sərgilər, finalçıların ən yaxşı geyim kolleksiyasının qala-nümayişi, müsabiqələr.

Festival İrkutsk vilayətinin Qubernator İdarəsi və hökumətinin dəstəyilə Baykalyanı yerli xalqların Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilib.