Burak Özçivit yeni filmində baş rolda onu görmək istəyir

Burak Özçivit yeni filmində baş rolda onu görmək istəyir
5414 dəfə oxunub
  • A-
  • A
  • A+
Son vaxtlar film sektorunda həm də prodüser kimi uğurlu layihələrə imza atan aktyor Burak Özçivit 3-cü layihəsinin hazırlıqlarına başlayıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor özü, Murad Boz və Aslı Ənvərin baş rolda çəkildiyi “Kardeşim benim”dən sonra üçüncü layihəyə başlamaq niyyətindədir. Burak 3-cü ekran işində isə baş rolda aktrisa Neslihan Atagülün çəkilməsini istəyir. Bunun üçün Özçivit aktrisaya təklif irəli sürüb.

Qeyd edək ki, Neslihanla Burak yeni mövsümün iddialı layihələrindən olan “Kara sevda” serialında baş rolu paylaşacaqlar.

“BRK” prodüser şirkəti quran B.Özçivitin ilk layihəsi isə aktrisa sevgilisi Fəxriyyə Evcənlə çəkildiyi “Aşk sana benzer” filmi olub.