Qardaşı müğənnidən incidi: “Məni toyuna çağırmadı”

Qardaşı müğənnidən incidi: “Məni toyuna çağırmadı”
4050 dəfə oxunub
  • A-
  • A
  • A+
Avqustun 4-də Öykü Gürmanla evlənməyə hazırlaşan müğənni Yavuz Bingölün qardaşı Oğuz ona sitəm edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçının qardaşı sənətçinin onu toya çağırmadığını deyib:

“Mən də dəvət etmədiyinə görə getməyəcəkdim. Amma anamın göz yaşlarını görüb dayana bilmədim. Qardaşımın toyunda anamın yanında olacağam”.

Daha sonra Oğuz “Facebook” səhifəsində bunları yazıb:

“Əvvəl 3-4 gündənbir telefonla danışırdıq. İndi isə bir ildir ki, görüşmürük. Mən də hamı kimi qardaşımın toyu olacağını, prezident Rəcəb Tayyib Ərdoğanın nikah şahidliyi edəcəyini mətbuatdan öyrəndim. Çox xətrimə dəydi, qardaşımdan incidim. Toyda necə qarşılanacağım mənim üçün problem deyil. Ora problem yaratmaq üçün getmirəm. Qardaşlar arasına nifrət toxumu əkənlərə inad olaraq toyda anamın yanında olacağam”.