Prezidentin köməkçisi idmançı xanımla evləndi - fotolar

Prezidentin köməkçisi idmançı xanımla evləndi -  fotolar
3879 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun toyu olub.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, 47 yaşlı Dmitri Turin Olimpiadasının buz üstə rəqs idman növü üzrə çempionu 40 yaşlı Tatyana Navka ilə ailə həyatı qurub.

Toy bu gün Soçidəki “Rodina Grand Hotel & SPA”da baş tutub. Mərasimdə siyasətçilər, məmurlar və mədəniyyət xadimləri yer alıb.

Qeyd edək ki, bu Dmitri Peskovun üçüncü, Tatyana Navkanın isə ikinci evliliyidir. Peskovun əvvəlki nikahlardan üç, Navkanın bir övladı var.