Süfrədəki «əcnəbilər»

Süfrədəki «əcnəbilər»
2690 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın müxtəlif yerində bitən ekzotik meyvələri marketdən almaq heç də çətin deyil. Onlar dadlı olmaları ilə yanaşı, həm də orqanizm üçün faydalıdırlar.

Axşam.az xarici mətbuata istinadən ekzotik meyvələrin nəyə xeyir olduğunu təqdim edir:

· Avokado - tərkibi B vitamini ilə zəngindir. Gündə bir avokadonun yarısını yemək dərini gözəlləşdirir, saçları və dırnaqları bərkidir. Avokadonun tərkibində xolesterinin dərəcəsini azaldan olein turşusu var. Həm də bu meyvənin tərkibində cinsi gücü artıran maddə mövcuddur.

· Ananas - ən az kalorisi olan meyvədir. Piylərin əridilməsində ən gözəl köməkçidir. Tərkibində brom var.

· Banan - bu meyvə əla fast-food-dur. Qısa zamanda aclığı aradan qaldırır. Həm də bananın tərkibində xoşbəxtlik hormonları mövcuddur. İnsana depressiyadan çıxmağa kömək edir.

· Kivi - təkcə bir meyvə orqanizminizi C vitamini ilə təmin edəcək. Bədəndəki bütün virusları məhv edir. Tərkibində olan maqnium ürəyin normal işləməsinə kömək edir.