"Muğamın səsi"ndə bu həftə

"Muğamın səsi"ndə bu həftə
1606 dəfə oxunub
  • A-
  • A
  • A+

"Lider" telekanalında yayımlanan “Muğamın səsi” verilişinin budəfəki qonağı muğam ifaçısı, Opera və Balet Teatrının solisti, gənc "Məcnun" Elnur Zeynalov olacaq.

Axşam.az-ın məlumatına görə, 2005-ci ildə Muğam müsabiqəsinin iştirakçısı olan xanəndə sevilən mahnılar səsləndirəcək.

O, verilişdə muğam sənətindən, xalq mahnılarımızdan, təsniflərdən, onların kimlər tərəfindən dövrümüzə qədər gəlib çatmasından bəhs edəcək.

Aparıcılığını tarzən Humay Qədimovanın etdiyi verilişdə E.Zeynalov teatrda oynadığı Məcnun obrazından da söz açacaq. Hər ifa haqqında tamaşaçılara məlumat veriləcək.

Qeyd edək ki, proqrama tamaşaçılar bazar günü saat 22:00-da baxa biləcəklər.