Fəxrəddin Manafovun yubileyidir - fotolar

Fəxrəddin Manafovun yubileyidir -  fotolar
3830 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün xalq artisti Fəxrəddin Manafovun ad günüdür.

Axşam.az-ın məlumatına görə, aktyorun 60 yaşı tamam olur.

Fəxrəddin Manafov 1955-ci ildə Xankəndidə anadan olub. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilib.

1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülub.

Bir çox filmlərdə rol alıb. Ən sevilən obrazı isə "Təhminə" filmindəki Zaurdur.