"Serebro" Bakıdakı konsertə görə, Ermənistana yox dedi

"Serebro" Bakıdakı konsertə görə, Ermənistana yox dedi
1899 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyanın məşhur "Serebro" qrupu Bakıda verəcək konsertə görə, Ermənistanda planlaşdırdığı konsertini ləğv edib.

Axşam.az "Report"a istinadən xəbər verir ki, bu barədə qrupun heyətindəki mənbədən bildirilib.

Məlumatda bildirilir ki, əvvəlcədən yay proqramına uyğun olaraq, Yerevanın istirahət mərkəzlərinin birində konsert vermək planlaşdırılsa da sonradan Bakıdan gələn təklifə görə həmin konsert təxirə salınıb.

Qeyd edək ki, "Serebro" qrupunun triosu avqustun 8-də Abşeronun çimərlik kompleksinin ərazisində yerləşən "Dalga Beach Nightclub"da konsert verəcək.