Bahalı libası qüsurunu gizlədə bilmədi – fotolar

Bahalı libası qüsurunu gizlədə bilmədi – fotolar
6582 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Hande Yener möhtəşəm konserti ilə yadda qalıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şouları üçün Ukraynadan qladiatorlar gətirdən ifaçı 700 metrlik parçadan müxtəlif libaslar tikdirib.

Təxminən 2 ay davam edən hazırlıqlardan sonra Hande bir-birindən fərqli şoularıyla tamaşaçılar qarşısına çıxıb. Müğənninin xüsusilə cəsarətli qara paltarı, qırmızı və ağ geyimləri çox bəyənilib.

Bununla belə H.Yenerin bahalı parçadan tikilmiş paltarının göbəyindəki qüsurları gizlədə bilməməsi də diqqətdən qaçmayıb. Hande konsertini ağ zər-zibalı libası ilə bağlayıb.