O artıq həm də dalğıcdır
Kembric hersoginyası Keyt Midlton İngiltərədəki Dalğıc Kursları üzrə Professional Dərnəyin (PADİ) sertifikatını alıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, şahzadə Uilyamın xanımı artıq peşəkar üzgüçüdür. Kensinqton sarayından verilən açıqlamaya görə, Keyt 30 metrədək dərinliyə dala bilir.
Qeyd edək ki, şahzadə Uilyamın özü də üzgüçülük həvəskarıdır. O hətta balinaların olduğu yerlərdə belə bu həvəsindən imtina etmir.