Məşhur festival Azərbaycanda keçirilə bilər - Rozadan açıqlama

Məşhur festival Azərbaycanda keçirilə bilər - Rozadan açıqlama
2482 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Roza Zərgərli və Yaşar Yusub media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, sənətçilər Qırğızıstanda İssık-Gül gölünün sahilində keçirilən ikinci “Meykin-Asiya” beynəlxalq festivalı ilə bağlı açıqlamalar verib.

Yarışmada münsif kürsüsündə əyləşən R.Zərgərli yeni planlarından danışıb:

“Festivala iştirakçı seçmək mənə həvalə olunmuşdu. Bir neçə tanınmış arasından Yaşar Yusubu seçdim. Bu yarışmada ilk dəfədir iştirak edirik. Üçüncü yeri tutduq. Yaşarın çıxışından sonra münasiflər arasında mübahisə gedirdi. Mən ona 9 bal vermişdim. Nəticə ürəyimizcə oldu. Gələn ilin mayında “Vostoçnıy bazar” ("Şərq bazarı") keçiriləcək. Orada ölkəmizi təmsil edəcək iştirakçını müsabiqə yolu ilə seçəcəm. Hətta ola bilər ki, yarış Azərbaycanda – ya Şəkidə, ya da Şamaxıda baş tutsun. Bu məsələyə dekabrda qərar veriləcək".

Y.Yusub da təəssüratlarını jurnalistlərlə bölüşüb:

“Belə bir önəmli hadisəni mənə həvalə etdiyi üçün Roza Zərgərliyə təşəkkürümü bildirirəm. Boş vaxtlarıma təsadüf etdiyi üçün razılaşdım. İki ildir ki, bu festival keçirilir. İnşallah gələn illərdə daha yaxşı nəticələr əldə edərik.  Festivaldan sonra bəzi ölkələrdən təkliflər aldım. Gələcək günlərdə onları dəyərləndirəcəm".