Lavaşdan hazırlanan 5 yemək

Lavaşdan hazırlanan 5 yemək
14794 dəfə oxunub
  • A-
  • A
  • A+
Xanımların mətbəxdə istifadə etdikləri qida vasitələrindən biri də lavaşdır. Ondan daha çox çörək əvəzi istifadə edilir. Lavaşdan həm də dadlı qəlyanaltılar hazırlamağın mümkün olduğunu bilirsinizmi?

Axşam.az ondan hazırlaya biləcəyiniz 5 resept təqdim edir:    

1. Çipsi: duru yağı möhkəm isidib, içərisinə ədviyyat və duz tök. Lavaşı  dördkünc şəkildə doğrayıb, həmin yağda qızart.

2. Rulet: lavaşın üstünə pendir sürt. Üzərinə göyərti, vetçina (istəyən toyuq əti ilə əvəz edə bilər) qoy, azca duz səpib, rulet şəklində bük. Müşəmbəyə büküb, soyuducuda saxladıqdan sonra süfrəyə ver.

3. Pendirli zərf: Lavaşın üstünə ketçup sürt. Sonra ortasına pendir qoyub, zərf formasında bük. Üzərinə yumurta sarısı sürtüb, sobada bişir.

4. Xırt-xırt səbətlər: Lavaşı üçkünc şəkildə doğra. Kəsmiyin üzərinə xırda doğranmış şüyüd, duz və istiot töküb qarışdır. Lavaşların ortasına qoyub, siqaret formasında bükdükdən sonra duru yağda qızart.

5. Salat: Bunun üçün 5 ədəd böyük lavaşdan istifadə etmək lazımdır. Lavaşı boşqaba qoy. Üzərinə mayonez sürtüb, didilmiş toyuq əti, nazik doğranmış qırmızı və yaşıl bibər, qarğıdalı konservası, şüyüd, sürtgəcdən keçirilmiş holland pendiri tök. Digər lavaşı üstünə sər. Bu prosesi 3 dəfə  davam etdir. Sonuncu lavaşı üstünə qoyub mayonez çəkdikdən sonra rulet formasında bük.