“Kristal”ın Mədinəsi məşhur aktyorun qızı imiş

“Kristal”ın Mədinəsi məşhur aktyorun qızı imiş
20772 dəfə oxunub
  • A-
  • A
  • A+
“Kristal” qrupunun rəhbəri Mədinə Məlik tanınmış aktyor Şamil Süleymanlının qızı imiş.

Axşam.az-ın məlumatına görə, M.Məlik sosial şəbəkədə Milli Kino günü ilə bağlı atasını təbrik edib:

“Atam, səni və sənin simanda bütün aktyorlarımızı təbrik edirəm. Allah səni mənə çox görməsin”.

Bir çoxları bu xəbərdən təəccübləndiyini və prodüserin Ş.Süleymanlının qızı olduğunu bilmədiyini yazıb.

Əməkdaşımızla söhbətində M.Məlik bu haqda danışmağı xoşlamadığını deyib:

“Bəli, o mənim atamdır. Bu haqda heç vaxt danışmamışam və danışmayacam da. Onunla bağlı danışmaq istəmirəm. Bu o demək deyil ki, bizim münasibətimiz yoxdur. Atamla çox gözəl münasibətimiz var, tez-tez də danışırıq. Allah onu mənə çox görməsin. O mənim hər şeyimdir”.

Qeyd edək ki, Ş.Süleymanov “Bəyin oğurlanması”, “Baladadaşın ilk məhəbbəti”, “Tütək səsi”, “Əlvida cənub şəhəri”, “Çölçü”, “Dolu”, “Mahmud və Məryəm”, “Ay Brilyant” kimi filmlərdə rol alıb.