13 il sonra boşanırlar

13 il sonra boşanırlar
2668 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur müğənni Qven Stefani roker həyat yoldaşı Qevin Rossdeyldən boşanır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur cütlük 13 illik evlilik həyatına son qoymaq qərarına gəlib. Tanınmışlar bununla bağlı mediada birgə açıqlama veriblər:

“Biz qərara gəldik ki, artıq bundan sonra nikahmızı davam etdirməyək. Ancaq uşaqlarımızın tərbiyəsində hər zaman bir yerdə olacağıq. Üç oğlumuzu xoşbəxt atmosferdə böyütnmək üçün bütün səylərimizi birləşdirəcəyik. Bu səbəbdən KİV-dən xahiş edirik ki, şəxsi həyatımıza müdaxilə etməsin”.

Qeyd edək ki, boşanma ərizəsini məhkəməyə Qven təqdim edib. O “yola getməmə” iddiası ilə boşanma prosesini başladıb. Müğənninin vəkili bildirib ki, ifaçı məhkəmədən 3 uşağını böyütmək üçün keçmiş ərinə qarşı birgə himayə tələbi irəli sürüb.

Qvenlə Qevinin sərvəti isə bölünəcək. Belə olan halda Stefani 80 milyon, Rossdeyl isə 35 milyon dollarlıq mal-mülk sahibi olacaq. Xatırladaq ki, Qvenlə Qevin 2002-ci ildə ailə qurublar.