“Yeni serialda bu saçla çəkiləcək?” – fotolar

“Yeni serialda bu saçla çəkiləcək?” – fotolar
6051 dəfə oxunub
  • A-
  • A
  • A+
Yeni mövsümdə “Eşkiya dünyaya hükümdar olmaz” serialıyla ekranlara dönməyə hazırlaşan aktrisa Dəniz Çakır Nişantaşında obyektivlərə tuş gəlib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa dostları ilə şam edib. Məkandan təkbaşına çıxan Dəniz mavi kölgələr atdığı saçları ilə diqqət çəkib.

Aktrisanın şəkilləri sosial şəbəkədə paylaşıldıqdan sonra istifadəçilər “Yeni serialda bu saçla çəkiləcək?” deyə suallar verməyə başlayıblar.