“Sevgisiz də yaşamaq olarmış” – yenicə ailə quran jurnalist

“Sevgisiz də yaşamaq olarmış” – yenicə ailə quran jurnalist
4445 dəfə oxunub
  • A-
  • A
  • A+
“O hayat benim” serialının çəkilişləri zamanı efir rejissoru Efe Kubilayla tanış olub, ailə quran jurnalist-aktrisa İclal Aydın “Hayatım Mis” dərgisinə müsahibə verib.

Axşam.az-ın məlumatına görə, jurnalist aşiq olmadan ailə həyatı qurduğunu deyib:

“Elə bilirdim ki, eşq olmaqdan yaşamaq mümkün deyil. Amma sən demə, sevgisiz də yaşamaq olarmış. Əvvəlcə bir qədər şok yaşayırsan, sonra etiraz edib sızıldayırsan, daha sonra isə vəziyyəti olduğu kimi qəbul edib yaşamağa başlayırsan. “Bir də heç vaxt sevə bilmərəm, ümumiyyətlə sevmərəm” dediyim günlər də olub. Həmin günlər özümlə baş-başa qaldığım anlar idi”.

Qeyd edək ki, İclal daha əvvəl 3 dəfə ailəli olub. Onun ikinci evliliyindən Lal adlı bir qızı var.