Mustafa Sandalla Gülbən Ərgən canlı efirdə barışdılar – video

Mustafa Sandalla Gülbən Ərgən canlı efirdə barışdılar – video
4147 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser-aparıcı Acun İlıcalı “TV 8” kanalında yayımlanan “Rising Star” (“Yüksələn ulduz”) yarışmasında münsif kürsüsündə əyləşən müğənnilər Mustafa Sandalla Gülbən Ərgən canlı yayımda barışıblar.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2011-ci ildə “Şıkır şıkır” mahnısına görə məhkəməlik olan tanınmışlar yenidən ortaq layihədə bir araya gəliblər. Verilişin ilk efir günü barışıq addımı Mustafa tərəfindən atılıb.

O, “Düşünürəm ki, bəzi şeylər geridə qaldı. Gülbən xanımla mənim xırda bir problemimiz var idi. Biz bu məsələni yoluna qoyduq. Bəzi şeylər keçmişdə qoyulmalıdır” deyərək Ərgəni ayağa qaldırıb və ona sarılıb. Gülbən isə “Bu barışıq “şıkır-şıkır” oldu”, - deyə zarafat edib.