Beren Saat "xalq düşməni" elan edildi - "Rədd ol, ölkədən get"

Beren Saat "xalq düşməni" elan edildi - "Rədd ol, ölkədən get"
32696 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Beren Saat sosial şəbəkə istifadəçilərinin qəzəbinə tuş gəlib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni həyat yoldaşı Kənan Doğulu ilə Los-Ancelesdə evlilik ildönümünü qeyd edən aktrisanın ölkəsindəki terror hadisələrinə biganə yanaşaraq İnstaqram səhifəsində Amerika filmlərindən birinin şəklini paylaşması izləyiciləri əsəbləşdirib.

“Xalq düşməni”, “Vətən xaini” “LGBT-ni dəstəkləyən PKK-çı”, “Terrorist” adlandırılan Beren öz ölkəsini sevməməkdə ittiham olunub. İstifadəçilər aktrisaya "İnşallah, şəhidlərin qanında boğularsan", "Bu ölkədə sənin kimilərə yer yoxdur, rədd ol get", "Şəhidlərin qatillərindən biri də elə sənsən", "Fındıq qədər beyninlə dövlət işlərinə burnunu soxma" şəklində sərt sözlər yazıblar.

Qeyd edək ki, bir qədər əvvəl aktrisanın qayınanası Serpil Doğulunun gəlininə siyasi paylaşımlara görə xəbərdarlıq etdiyi, “ailəmi təhlükəyə salırsan” dediyi barədə xəbərlər yayılmışdı. Bunun qarşısında səssiz qalan B.Saat dünən paylaşdığı fotoya “Brando deyir ki, bizi uğursuzluğa düçar edən ittihamlarımızdır... Çapolla, palma ağacları və ay” yazmışdı.