Aygün Kazımova ilə Ebru Gündeşin sevənləri arasında "savaş"

Aygün Kazımova ilə Ebru Gündeşin sevənləri arasında "savaş"
4233 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin tanınmış "TMB TV"də yayımlanan “Pərəstişkarların savaşı” (“Fan savaşları”) yarışmasının budəfəki hədəfi xalq artisti Aygün Kazımova və müğənni Ebru Gündeş olub.

Axşam.az-ın məlumatına görə, tanınmış ifaçıların fanatlarını üz-üzə qoyan yarışmada hər iki sənətçinin fotoları telekanalın rəsmi internet və “Facebook” səhifələrində paylaşılaraq iki önəmli qadın ifaçısının qarşı-qarşıya gələcəyi yazılıb.

Yarışmanın qaydalarına əsasən, pərəstişkarları sosial şəbəkədə sevdikləri müğənninin adını yazaraq ona səs verirlər. Ən çox səs toplayan ifaçı və fanatları qalib hesab edilir. Qələbə qazanan sənətçinin mahnıları və klipləri isə gün ərzində adıçəkilən kanalda nümayiş edilir.

Qeyd edək ki, "Pərəstişkarların savaşı" həftənin çərşənbə axşamı, cümə axşamı və cümə günü Bakı vaxtı ilə saat 19:00-la 20:30 arasında yayımlanır. A.Kazımova və E.Gündeş sevənləri arasındakı "savaş" bu gün saat 19:00-da yayımlanacaq.