Keçmiş baş nazirin qızı Ukrayna vətəndaşlığını qəbul etdi

Keçmiş baş nazirin qızı Ukrayna vətəndaşlığını qəbul etdi
1934 dəfə oxunub
  • A-
  • A
  • A+
SSRİ dağıldıqdan sonra Rusiya iqtisadiyyatında “şok terapiya” siyasəti ilə tanınan Yeqor Qaydarın qızı Mariya Ukrayna vətəndaşlığını qəbul edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş baş nazirin qızı bundan sonra Odessanın meri, Gürcüstanın eks-prezidenti Mixayıl Saakaşvilinin köməkçisi kimi çalışacaq. Mariya artıq Ukraynanın şəxsiyyət vəsiqəsini şəxsən prezident Pyotr Paraşenkodan alıb.

O, tədbirdəki çıxışında Vladimir Putin siyasətinə eyham vuraraq rus xalqı üçün ortaq düşmənin “həm Rusiyada, həmdə Ukraynada insanları öldürən avtoritar rejim” olduğunu deyib.