Kərim Abbasovdan xanımına qadağa

Kərim Abbasovdan xanımına qadağa
9993 dəfə oxunub
  • A-
  • A
  • A+
“Mənim xanımım çalışmır. Heç vaxt da işləməsinə icazə verməyəcəm”.

Axşam.az-ın məlumatına görə, bu sözləri “Evdəyik” verilişinin qonağı olan müğənni Kərim Abbasov deyib. Sənətçi qadınların çalışmasına yaxşı baxmadığını bildirib:

“Atam və anam çalışan insanlar olub. İndi atam işləmir, anam çalışır, baxça müəlliməsidir. Amma heç vaxt atama artıq söz deyib, “hegemon”luq etmir. Kişi sərt olmalıdır. Mən də xanımıma işləməyə icazə vermirəm. Nə ehtiyacı varsa, özüm ödəyirəm. Qadının əli pula çatdısa, onu saxlamaq mümkün deyil. Onda kişiləşmə gedir, özünü yüksəkdən aparır”.

Qeyd edək ki, K.Abbasov Təranə adlı xanımla ailə qurub. Cütlüyün bir oğlu var.