Qəbələdə mürəbbə festivalı keçiriləcək

Qəbələdə mürəbbə festivalı keçiriləcək
1583 dəfə oxunub
  • A-
  • A
  • A+

Avqustun 29-da Qəbələdə III Beynəlxalq mürəbbə festivalı keçiriləcək.

Axşam.az-ın məlumatına görə, Qəbələ rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkil etdikləri festival bu dəfə beynəlxalq səviyyədə reallaşacaq.

AMKA-dan bildirilib ki, festival Dünya Kulinariya Təşkilatları Birliyi və Dünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi altında keçiriləcək. Tədbirdə UNESCO-nun Dünya Xalq Təşkilatının prezidenti xanım Karmen De Padilla da iştirak edəcək.

Əvvəlki mürəbbə festivallarında olduğu kimi builki üçüncü beynəlxalq mürəbbə festivalına da Azərbaycanın 23 bölgəsindən iştirakçılar qatılacaq.

Festivalda münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar. (AzərTac)