Bred Pittin özünün dizayn etdiyi evi - fotolar

Bred Pittin özünün dizayn etdiyi evi -  fotolar
10488 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur "Elle" dərgisi Hollivud ulduzu Bred Pittin evində qonaq olub.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, məşhur ulduz aktyorluq sənətini memarlığa dəyişməyi planlaşdırır. Bu işdə ona məşhur memar Frenk Qel kömək edir. Pitt onunla birlikdə bir çox layihələr reallaşdırıb.

Bred özünün dizayn etdiyi evinə heyrandır. İlk baxışdan sadə görünən evdə hər şey zövqlə qurulub.



Tavan rəngli ağacla düzəldilib. Döşəmə də tavanla eyni rəngdə və materialdadır.



Aktyor xüsusi effektləri xoşlayır. Onlardan biri divardan açılan stuldur. Damda yerləşən eyvanda isə 1968-ci ilə aid olan Erio Aarnio tərəfindən hazırlanan "Bubble" kreslosu yerləşir.



Mənzilin həyətə açılan mənzərəsi. Ətrafda yaşıl ağaclar görünür.



Dizayner diplomu olmasa da, Bred zövqünə güvənir. O, evdəki kamin ətrafına məşhur dizaynerlərin istehsalı olan kreslolar düzüb.