Xalq artistinin 80 illik yubileyi qeyd olunacaq

Xalq artistinin 80 illik yubileyi qeyd olunacaq
1148 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və Turizm Nazirliyi 2015-ci ilin ikinci yarısında bir sıra yubiley gecələri təşkil edəcək.

Axşam.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, nazirlik tərəfindən 2015-ci ilin ikinci yarısında bir sıra tanınmış incəsənət xadimlərinin yubiley gecələri təşkil olunacaq.

2015-ci ilin sentyabrında xalq artisti Səyavuş Aslanın 80 illiyinə həsr olunmuş yubiley gecəsi, oktyabrında xalq artisti, görkəmli bəstəkar Vasif Adıgözəlovun 80 illiyinə həsr olunmuş yubiley tədbiri, xalq artisti, aktyor Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri, xalq artisti Ağakişi Kazımovun 80 illiyinə həsr olunmuş yubiley tədbiri, noyabrda isə görkəmli səhnə ustası Cahangir Zeynalovun 150 illiyinə həsr olunmuş yubiley tədbirinin keçirilməsi nəzərdə tutulub.