Yayda sağlam qalmaq üçün bu qaydalara əməl edin

Yayda sağlam qalmaq üçün bu qaydalara əməl edin
2342 dəfə oxunub
  • A-
  • A
  • A+

Sağlam yaşamağın ən önəmli amillərindən biri düzgün qidalanmaqdır. Ən əsası isə yayda isti havada çoxlu su içməkdir. Çünki susuzluq orqanizmimizin vacib orqanlarından biri olan böyrəklərə mənfi təsir edir. Bunun üçün isti havada bəzi qaydalara əməl etmək mütləqdir.

Axşam.az sağlam qalmağınız üçün sizə lazım olan 7 əsas amili təqdim edir:

Gündə 2,5 litr su için

Qışda içdiyiniz sudan ən az 1 litr artıq qəbul etməlisiniz. Ən əsası isə isti havada bu qaydaya əməl olunmalıdır. Bədəninin suyu azaldıqda qan dövranı pisləşir, təzyik düşür, böyrəklərin funksiyası pozulur.



Yeməklərinizə duz tökməyin

Yeməyə az duz tökməyə çalışın. Çox duzlu yeməklər böyrəkdə daş yarada bilər. Bu eyni zamanda təzyiqin yüksəlməsinə səbəb olacaq. Yayda 2-3 qramdan artıq duz qəbul etmək ziyandır.




İdman edin

Gün ərzində bacardığınız qədər çoxlu idman edin. Bu ürək-damar sisteminin yaxşı işləməsinə kömək olacaq. Həm də böyrəkləriniz sağlam qalacaq.



Meyvənin şirəsini yox özünü qəbul edin

Sağlam qidalanın. Yay tərəvəz və meyvələrindən çox istifadə edin. Meyvənin şirəsi əvəzinə təzə doğranmışını yeyin. Sağlam qidalanmaq qan dövranını yaxşılaşdıracaq.



Siqaret və spirtli içkidən uzaq olun

Yayda spirtli içki içmək və siqaret çəkmək orqanizmə ziyan vuracaq. Çalışın isti havada spirtli içkidən uzaq olun. Əks halda çoxlu su qəbul edin.

Qara çörək istifadə edin

Şəkəri qaldıran ağ çörək, düyü, makaron, kartof yeməyin. Əvəzində qara çörək, pəhriz makaronu, yulaf əzməsi qəbul edin.

Həkim məsləhəti olmadan dərman qəbul etməyin

Antibiotik və ağrıkəsici dərmanları həkim məsləhəti olmadan qəbul etməyin. İsti havada ağrıkəsicilər böyrəklərə mənfi təsir göstərir.