Kiçik İbo böyüdü - foto

Kiçik İbo böyüdü -  foto
4021 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir zamanlar Kiçik İbo adı ilə məşhur olan ifaçı hərbi xidmətdən qayıdıb.

Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, müğənni bir müddət ara verdiyi musiqi karyerasına yenidən başlayıb. Konyada baş tutan konsertlərdə səhnəyə çıxan Kiçik İbrahim jurnalistlərin suallarını da cavablandırıb. O, əsgərlikdən 45 gün əvvəl qayıtdığını bildirib:

"Hazırda yeni mahnılar üzərində çalışıram. İki-üç mahnıdan ibarət sinql çıxaracam. Məqsədim mahnı oxumaq, konsertlərə qatılmaq və bu yolla insanlarla ünsiyyət qurmaqdır. İnsan böyüdükcə fikirləri, istəkləri dəyişir. Amma adamlar məni yenə də Kiçik İbo kimi tanıyır".