Albalıdan dadlı yeməklər hazırla

Albalıdan dadlı yeməklər hazırla
2902 dəfə oxunub
  • A-
  • A
  • A+

Yayda tərəvəzlərin bol olması xanımların dadlı yeməklər hazırlamasına kömək edir. Bəzən istifadə etdiyimiz meyvələrdən də xörək hazırlamaq mümkündür.

Axşam.az xarici mətbuata istinadən albalıdan hazırlaya biləcəyiniz yemək reseptləri təqdim edir:

· Albalılı ördək: Ördəyi təmizləyib, duz və istiot vurub, kənara qoyun. 500 qram albalının çəyirdəyini çıxardıb, üzərinə 1 stəkan şərab töküb, 2 saat saxlayın. Sonra əvvəlcədən qızdırılmış yağda hər iki tərəfini azca qızardın. Qızarmış ördəyi dərin qaba yerləşdirib, üzərinə bir az su töküb, əvvəlcədən isidilmiş sobaya qoyun. 50 dəqiqədən sonra albalılı qarışığı ördəyin üstünə töküb, daha 30 dəqiqə bişirin.

· Qırmızı keks: 4 yumurtaya 1 stəkan şəkər tozu əlavə edib, mikserlə qarışdırın. Üzərinə 250 qram xama və 200 qram yağ (otaq temperaturunda yumşaldılmış) əlavə edib, mikserlə qarışdırmağa davam edin. Sonda 2 stəkan un, qabartma tozu və tumu çıxarılmış albalı töküb, qaşıqla qarışdırın. Əvvəlcədən isidilmiş sobada bişirin. Kənarda 2 yumurta ağını 2 xörək qaşığı şəkər tozu ilə beze halına gələnə qədər qarışdırın. İçərisinə doğranmış albalı əlavə edin. Keks bişənə yaxın yumurtalı qarışığı üstünə sürtüb, sobada 10 dəqiqə saxlayın.
 
· Şokoladlı albalı: 8 xörək qaşığı kərə yağını 4 xörək qaşığı yağla qarışdırın. Üzərinə yumurta sarısı, sürtgəcdən keçirilmiş şokolad, kənarda yaxşıca qarışdırılmış yumurta ağı və 3 xörək qaşığı un töküb, qaynayan suyun üstünə qoyun. Alınan qarışıqdan qaba bir az töküb, üstünə təmizlənmiş albalı, azca şəkər tozu, əzilmiş badam səpib, qalan hissəni əlavə edin. Sobada 15 dəqiqə saxladıqdan sonra üzərinə şəkər kirşanı əlavə edin.