Afaq Gəncəli ağladı - fotolar

Afaq Gəncəli ağladı -  fotolar
5973 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-nin aparıcısı Afaq Gəncəli canlı yayımda duyğulu anlar yaşayıb.

Axşam.az-ın məlumatına görə, “Azərbaycanın səsi” layihəsində oğlu Qədirxanı ad günü münasibətiylə təbrik edən aparıcı göz yaşlarını saxlaya bilməyib.
 
O, eyni zamanda gətirdiyi hədiyyə üçün prodüser Tolikə təşəkkür edib:

“Bunu qeyd etməyə bilməzdim. Əgər Bakıda olsaydı buna çox da önəm verməzdim. Övladım xaricdədir. Mənim tək oğlum Qədirxanın ad günüdür. Böyük oğlan olsun. Tolikə təşəkkür bildirirəm. Gözlənilməz anda oğlumu təbrik etdi, hədiyyə gətirdi. Onun necə gözəl insan olduğunu bilirəm”.

Foto: Ramin ASLANOV