"Uzun müddətdir mübarizə aparıram"

"Uzun müddətdir mübarizə aparıram"
2148 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Samir Piriyev məşhur “Mələyim” mahnısını rus dilində ifa edib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Onlar”da danışıb:

“Mələyim” mahnım bir çox yerdə - Rusiyada, Türkiyədə sevildi. Qərara gəldim ki, onu rus dilində də oxuyum. Remiks variantıdır. Yeni “Əmanət” mahnıma isə prodüserim Anar Mədətovun rejissorluğu ilə klip çəkdirəcəm. Maraqlı ssenari var, bəyənilməməsi mümkün deyil. Yaxın günlərdə albomumu təqdim edəcəyik. Uzun müddətdir piratlarla mübarizə aparıram. Nəhayət, sevilən mahnılarımı bir araya yığıb, disk ərsəyə gətirdim".