"Üzərində 2 min qaş olan libas tikdirmişəm"

"Üzərində 2 min qaş olan libas tikdirmişəm"
4708 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevda Yahyayeva media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, sənətçi avqustun 9-da “Yaşıl Teatr”da baş tutacaq konserti ilə bağlı sualları cavablandırıb.

O, "İtmiş ada" adlı gecədə 21 mahnı səsləndirəcəyini bildirib:

“Bu dəfə tam fərqli musiqi heyəti məni müşahidə edəcək. İsmayıl Əsədovun rəhbərliyi ilə mahnılar hamısı yenidən aranjiman olunub. Rəqslər qurulub. Mən də rəqqaslarla birlikdə oynayacam. Konsertdə iki geyim dəyişəcəm. Modelyer Ləman xanım mənim üçün özəl paltar hazırlayıb. Onlardan biri çox ağırdır. Üzərinə 2 min qaş düzülüb. Mənim üçün özəl uzunboğaz çəkmələr də tikilib. Gecədə sürpriz qonaq gözlənilir”.