Dünyanın qeyri-adi ayaqqabıları - fotolar

Dünyanın qeyri-adi ayaqqabıları -  fotolar
7252 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyanın məşhur dizaynerləri qeyri-adi kolleksiyaları ilə hər zaman diqqət çəkiblər. Onlardan bəziləri maraqlı ayaqqabı, bəziləri isə libas hazırlayıb.

Axşam.az xarici mətbuata istinadən qeyri-adi ayaqqabıları təqdim edir:

Dizayner Ayris Şiferştayn maraqlı ayaqqabı növü icad edib. O, heyvan müqəvvalarından qeyri-adi ayaqqabılar düzəldərək, öz şirkətinin adını daha da məşhurlaşdırmaq qərarına gəlib. Berlində yaşayan 45 yaşlı dizayner bunun çox çətin iş olduğunu, amma ondan zövq aldığını bildirib.


Dizayner Françesk Kastanyaççi tərəfindən düzəldilən bu ayaqqabı işıqlarla hazırlanıb.



Taxtadan hazırlanan bu yay ayaqqabısı yapon stilindədir.



Stolkholmda tələbə olan Naim və Syuzan tərəfindən dizayn edilən bu ayaqqabıya 3D adı verilib.



Bu qeyri-adi ayaqqabı isveçrəli tələbə Touv Yansson və Pero Emanuelccon tərəfindən düzəldilib.



Bu fərqli ayaqqabıların müəllifi isə fransız rəssamı Karolin Siankalepurdur.