Bir zamanların uşaq ulduzu “Sezercik” 3-cü dəfə evləndi – fotolar

Bir zamanların uşaq ulduzu “Sezercik” 3-cü dəfə evləndi – fotolar
9018 dəfə oxunub
  • A-
  • A
  • A+
70-ci illərin uşaq ulduzu, “Sezercik” təxəllüsü ilə tanınan Sezer İnanoğlu 3-cü dəfə ailə qurub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor terapevt sevgilisi Zeynəblə evlənib.

Qeyd edək ki, atası tanınmış prodüser Berker İnanoğlu olan Sezer çəkildiyi filmlər sayəsində şöhrətin zirvəsinə yüksəlsə də, axıradak imicini qoruyub saxlaya bilmədi. Narkotik ticarəti və polisə silahlı hücum cinayətlərindən həbs edilən S.İnanoğlu daha əvvəl 2 dəfə evil olub.

Onun 1996-cı ildə evləndiyi ilk həyat yoldaşı Nil Pınar bir il sonra özünə silahla atəş açaraq intihar edib. Aktyorun adı bu intihar hadisəsində cinayətkar kimi hallansa da, heç bir sübut tapılmadığından sərbəst buraxılmışdı.

2007-ci ildə Mehtap Maral Kaykasoğlu ilə ailə quran Sezerin 2009-cu ildə anadangəlmə kor olan qızı Arzum Ayşe dünyaya gəlib. Cütlüyün qızının fiziki qüsurlu doğulması Sezerin hamiləlik müddətində xanımına zorakılıq tətbiq etməsi ilə əlaqələndirilirdi. Cütlük 2 il yarımlıq ailə həyatından sonra ayrılmaq qərarına gəlmişdi.